SAYT ÜZRƏ QAYDALAR

Xidmətlərimizin spektri daima genişlənir!

Şirkətimizin fəaliyyətinin əsas strateji istiqamətləri aşağıdakılardan ibarətdir: diler şəbəkəsinin inkişafı sayəsində Azərbaycanın ödəniş sistemləri bazarında qabaqcıl mövqeni möhkəmləndirmək və özünəxidmət ödəniş terminallarının, PC kassirlərinin, POS MilliÖN terminallarının, o cümlədən xidmətlərin sayını artırmaq.

1.      İstifadə şərtləri ilə tanışlıq

www.million.az veb səhifəsinə xoş gəlmişsiniz! MilliÖN siz istifadəçilər üçün vebsaytda mövcud olan informasiyadan aşağıdakı şərtlər daxilində istifadəni açıq və əlçatan etmişdir. XAHİŞ EDİRİK BU ŞƏRTLƏRLƏ YAXINDAN TANIŞ OLASINIZ! Sayta daxil olmaqla və saytın təklif etdiyi xidmətlərdən istifadə etməklə siz bu şərtlərə əməl etməyi öz öhdənizə götürürsünüz. Əgər şərtlərlə razı deyilsinizsə, xahiş edirik saytdan istifadə etməyəsiniz.

 

2.      Məxfilik

MilliÖN sizi əmin edir ki, saytdan istifadə edənlərin məlumatları, istifadəçilərin saytdan istifadə zamanı əldə etdikləri məlumatlar və istifadə zamanı saytda toplanan şəxsi məlumatlar, Şirkətin “Məxfilik” siyasətinə əsasən gizli saxlanılır. Əlavə məlumat almaq üçün Şirkətin “Məxfilik”siyasəti ilə tanış ola bilərsiniz.

 

3.      Saytdan məhdud istifadə hüququ

MilliÖN istifadəçilərə saytdan şəxsi və qeyri-kommersiya məqsədilə istifadə üçün məhdud istifadə hüququ verir. “KOMTEC LTD” MMC-nin yazılı razılığı olmadan saytda hər hansı bir dəyişikliyin edilməsi yolverilməzdir. Həmçinin sayt və/və ya onun bir hissəsi kommersiya məqsədilə “KOMTEC LTD” MMC-nin yazılı razılığı olmadan çoxaldıla, yenidən istehsal edilə, bənzər versiyaları yaradıla, satıla, yenidən satıla və ya digər formada istismar edilə bilməz. Siz “MilliÖN” ticarət nişanından, loqo və ya “KOMTEC LTD” MMC-nin mülkiyyət hüququ ilə ehtiva olunan digər məlumatlardan (şəkillər, mətn, səhifə quruluşu və forması) Şirkətin yazılı razılığı olmadan istifadə edə bilməzsiniz. Əks təqdirdə, istənilən icazəsiz istifadə Sizin vebsaytdan istifadə hüququnuza www.million.az tərəfindən xitam verilməsilə nəticələnəcəkdir.

Nəzərinizə çatdırırıq ki, www.million.az aşağıdakı şərtlərlə saytda ehtiva olunan məlumatların yüklənilməsinə, surətinin çıxarılmasına və çap edilməsinə icazə verir:

  • Bu məlumatlar ancaq şəxsi və qeyri-kommersiya məqsədilə istifadə olunmalıdır;
  • Siz heç bir halda müəlliflik, ticarət nişanı və mülkiyyət hüququnu dəyişdirəcək və ya poza biləcək

hərəkətlərə yol verməməlisiniz.

Saytda MilliÖN və üçüncü şəxslərə məxsus olan məhsullar, xidmətlər, proseslər və texnologiyalar barədə məlumat yerləşdirilə bilər. Lakin bu, heç bir halda istifadəçilərə MilliÖN və üçüncü şəxslərin əqli mülkiyyət hüququna zərər verə biləcək istifadə hüququ vermir.

 

4.      Əqli mülkiyyət hüquqları

Saytın bütün tərkib elementləri (mətnlər, qrafik və sxemlər, logotiplər, düymə nişanları, şəkillər və audio-kliplər və onların məzmunu “KOMTEC LTD” MMC-nin mülkiyyət hüququqnun ayrılmaz tərkib hissələridir və bütün bu hüquqlar qorunur. Şirkətin yazılı razılığı olduğu hallar istisna edilməklə, sayt və/və ya onun bir hissəsi heç bir şəkildə paylanıla və ya yenidən istehsal edilə bilməz.

 

5.      Ticarət nişanı

Şirkətin yazılı razılığı olmadan, MilliÖN məhsulları və əqli mülkiyyət hüququnun tərkib hissəsi olan şüarlar “Həmişə öndə!”, ticarət nişanları “MilliÖn”, “PayPoint” , qeydiyyata alınmış və alınmamış ticarət nişanlarının surəti çıxarıla, təqlid edilə, istifadə edilə bilməz. Şirkətin və onun məhsul və xidmətlərinin reklam edilməsi məqsədilə “KOMTEC LTD” MMC-nin ticarət nişanlarından vicdanlı surətdə istifadəsi zamanı müvafiq icazə alınmalıdır.

 

6.      Məsuliyyətin məhdudlaşdırılması

www.million.az saytı istifadəçiləri daim yenilənən məhsullar və xidmətlər haqqında məlumatlarla təmin etməyi özünə məqsəd bilir. Bununla yanaşı istifadəçiləri xəbərdar edir ki, əgər saytdan və saytın tərkib elementlərindən (mətnlər, şəkillər, qrafiklər və s.) istifadə zamanı birbaşa və ya dolayısı yolla istifadəçilərə dəyən maddi və mənəvi zərərə görə “KOMTEC LTD” MMC heç bir şəkildə məsuliyyət daşımır.

 

7.      Dəymiş zərərin ödənilməsi

Siz, saytdan istifadə etməklə, sizin tərəfinizdən “KOMTEC LTD” MMC-yə, onun rəsmi nümayəndələrinə, əməkdaşlarına, agentlərinə, lisenziatlarına, təchizatçılarına, üçüncü şəxslərə və saytın digər istifadəçilərinə dəyə biləcək zərərə, əldən çıxmış faydaya, xərclərə və ağlabatan miqdarda vəkil xidmətinə ödəniləcək məbləğə və digər məhkəmə xərclərinə görə məsuliyyəti öz üzərinizə götürürsünüz. Bu məsuliyyət diqqətsizlik və istifadə hüquqlarından sui-istifadə nəticəsində dəyə biləcək zərərə də aiddir.

 

8.     Əlaqələndirmə

Siz saytdan istifadə etməklə digər İnternet saytlarına daxil ola bilərsiniz. www.million.az bu saytlara nəzarət etmədiyindən, siz bu saytlara daxil olarkən mümkün riskləri də nəzərə almalısınız. www.million.az bu linkləri ancaq istifadəçilərin rahatlığı üçün nəzərdə tutur; lakin, linklərin göstərilməsi , www.million.az-ın bu linkləri və onlarda ehtiva olunmuş məlumatları qəbul etməsi və razılaşması demək deyildir.

 

9.      Maliyyə məlumatlarının açıqlanması 

Proqnoz Xarakterli Hesabatlar

Proqnoz xarakterli hesabatlar tarixi faktlar deyil və bu kimi ifadələrlə birgə işlədilir: hesablanır, layihələr, gözlənilir, inanılır, mümkündür, edilməlidir vəs və ilaxır. Proqnoz xarakterli hesabatlar, həmçinin strategiya müzakirələri, planlar, məqsədlər, gələcəkdə həyata keçiriləcək bütün görüşlər risk və qeyri-müəyyənliklər ehtiva edirlər. Proqnoz xarakterli hesabatlar gələcəkdə gözlənilən əməliyyatları, xərcləri kapital qoyuluşunu və kapital axımını, bizim gözləntilərimizi və proyektlərimizi əhatə etsə də, ancaq bundan ibarət deyil. Bu hesabatlar bizim mövcud gözləntilərimizə əsaslanır. Məlum və qeyri-məlum, daxili və xarici risklər və qeyri-müəyyənliklər Proqnoz xarakterli hesabatlarda əks olunan və bizim gözlədiyimiz dən kəskin surətdə fərqlənən göstəricilərin yaranmasına səbəb ola bilər. www.million.az mümkün risklərin qarşısını almaq məqsədilə Proqnoz xarakterli hesabatları yeniləmək öhdəliyini öz üzərinə götürmür.


Pres Relizlər

Şirkət www.million.az saytında öz məhsulları və göstərdiyi xidmətlər barədə pres relizlər və prezentasiyalar paylaşa bilər. Bu prezentasiya və pres relizlərdə əks olunan hadisələrin tarixi dəqiq olaraq göstərilir. Beləliklə, bu bölmədə olan pres reliz və prezentasiyalar özlərində gələcəyə dair məlumatlar cəmləşdirərsə, o zaman bu məlumatlar Proqnoz xarakterli hesabatların çərçivəsindən kənara çıxa bilməz.

 

10.  Saytın və saytdan istifadə qaydalarının dəyişdirilməsi və ləğv edilməsi qaydası

Şirkət www.million.az saytında istifadəçilərə əlçatan olan məlumatlar yerləşdirir. Ancaq bu o demək deyil ki, bu məlumatlar həmişə saytda saxlanılacaq.  MilliÖN istənilən anda xəbərdarlıq etmədən saytı və ya saytın bir hissəsini dəyişə və ləğv edə bilər. Eyni zamanda saytdan istifadə qaydalarını və şərtlərini dəyişə bilər. Siz istifadəçilər, müntəzəm surətdə saytdan istifadə qaydaları bölməsini oxumaqla yeni qaydalarla tanış ola bilərsiniz.

«MilliÖN» ödəniş sistemi — kommunal və rabitə xidmətlərinin ödənişindən tutmuş onlayn oyunlara və aviabiletlərin alınmasına qədər istənilən xidmət növünün universal, əlçatan təhlükəsiz və ani ödəniş vasitəsidir.