TERMİNAL ÜZRƏ QAYDALAR

Xidmətlərimizin spektri daima genişlənir!

Şirkətimizin fəaliyyətinin əsas strateji istiqamətləri aşağıdakılardan ibarətdir: diler şəbəkəsinin inkişafı sayəsində Azərbaycanın ödəniş sistemləri bazarında qabaqcıl mövqeni möhkəmləndirmək və özünəxidmət ödəniş terminallarının, PC kassirlərinin, POS MilliÖN terminallarının, o cümlədən xidmətlərin sayını artırmaq.

Ödəmə Terminalında quraşdırılan proqram təminatı mülkiyyət hüququ əsasında “KOMTEC LTD” MMC-yə məxsusdur. 

Ödəmə Terminalından istifadə  qaydaları:

1. Ödəmə Terminalı pul qalığını geri qaytarmır.

2.  Ödəmə Terminalı dəmir pul sikkələrini qəbul etmir.

3. Ödəmə Terminalı köhnəlmiş kağız əskinasları qəbul etmir.

4. Ödəmə Terminalı bank kartlarını (kredit, debet və s.) ödəniş vasitəsi olaraq qəbul etmir.

5. Ödəmə Terminalı səhvən daxil olunan  kağız pulu geri qaytarmır.

6. Ödəmə Terminalı vasitəsi ilə hər hansı bir xidmət növünün ödənilməsi müvəqqəti mümkün olmaya bilər.

7. Ödəmə Terminalında qəbzin çap edilməsi üçün kağız olmaya bilər.

 

İstifadəçi  Ödəmə Terminalından istifadə edərkən bu şərtlərlə razılaşır və onları qəbul edir.

«MilliÖN» ödəniş sistemi — kommunal və rabitə xidmətlərinin ödənişindən tutmuş onlayn oyunlara və aviabiletlərin alınmasına qədər istənilən xidmət növünün universal, əlçatan təhlükəsiz və ani ödəniş vasitəsidir.