Dəstək xidməti

Xidmətlərimizin spektri daima genişlənir!

Şirkətimizin fəaliyyətinin əsas strateji istiqamətləri aşağıdakılardan ibarətdir: diler şəbəkəsinin inkişafı sayəsində Azərbaycanın ödəniş sistemləri bazarında qabaqcıl mövqeni möhkəmləndirmək və özünəxidmət ödəniş terminallarının, PC kassirlərinin, POS MilliÖN terminallarının, o cümlədən xidmətlərin sayını artırmaq.

Biz istənilən malların və xidmətlərinin ödənişinin daha da rahat olması üçün daima çalışırıq.

Buna baxmayaraq, əgər ödəniş zamanı siz hər hansı bir problemlə üzləşmisinizsə, onda zəhmət olmasa, dəstək xidmətinin mütəxəssislərinə müraciət edin. Onlara *0010 “qaynar xətt” telefonu ilə zəng vurun.

Əgər ödəniş zamanı problemlə rastlaşmısınızsa, onda şəxsiyyət vəsiqəsi və çeklə birlikdə bizim baş ofisimizə gələ bilərsiniz (N.Nərimanov pr, 206. Capital Towers, Tower A) və bizim mütəxəssislər onu aradan qaldıracaq.

«MilliÖN» ödəniş sistemi — kommunal və rabitə xidmətlərinin ödənişindən tutmuş onlayn oyunlara və aviabiletlərin alınmasına qədər istənilən xidmət növünün universal, əlçatan təhlükəsiz və ani ödəniş vasitəsidir.