MilliÖN-la işləməyin üstünlüyü

Bizim xidmətlərimizin spektri daima genişlənir!

Şirkətin fəaliyyətinin əsas strateji istiqamətləri aşağıdakılardan ibarətdir: diler şəbəkəsinin inkişafı sayəsində Azərbaycan ödəniş sistemləri bazarında qabaqcıl mövqeni möhkəmləndirmək və özünəxidmət ödəniş terminallarının, PC kassirlərinin, POS MilliÖN terminallarının sayını artırmaq, o cümlədən operatorların və xidmətlərin sayını artırmaq.

Tanınma

Rahat və adət edilmiş interfeys, populyar brend istifadəçilərin etibarını qazanıb və onlar tərəfindən tanınır. Bunun sayəsində ödənişlərin sayı və məbləği artır.

 

Sistemin etibarlılığı

Dünyada ən güclü prosesinq, ən böyük yükləmə vaxtı cihazın etibarlı işləməsini təmin edir. Terminalların rahat və aydın monitorinqi onlayn rejimində şəbəkənin işini kontrol etməyə, balansın vəziyyətini yoxlamağa və istənilən lazımi hesabatlara baxmağa və onları formalaşdırmağa imkan yaradır.

 

Maliyyə üstünlükləri

Dilerə təmiz və vəziyyətə uyğunlaşa bilən mükafatlandırılma sistemi daxili komissiyadan faiz almaq imkanı verir. Başqa sözlə, öz inkişafını planlaşdırmaq imkanı yaranır. Həmçinin, əgər siz hər hansı bir ticarət obyektinin sahibisinizsə və ya onu idarə edirsinizsə, onda terminalın quraşdırılması sizə müştərilərə  əlavə xidmət təklif etmək fürsəti yaradır, bu isə öz növbəsində sizin biznesinizin çiçəklənməsinə, yəni müştəri axınının çoxalmasına və yüksək maddi nəticələr əldə etmənizə xidmət edəcək. Misal üçün skretç kartlar qurtara bilər, ancaq MilliÖN sistemi sayəsində müştəri həmişə öz balansını doldura biləcək.

 

Dəstək

Dilerə hərtərəfli dəstək göstərilməsi deyildikdə ona hüquqi, maddi, mühasibat və başqa məsələlərlə bağlı çətinliklərin həllində kömək göstərmək nəzərdə tutulur. Iyirmi dörd saat texniki dəstək göstərmək, istənilən texniki məsələləri həll etmək deməkdir. Öz Zəng Mərkəzi (call-center) yaratmağa, insan resurslarından istifadə etməyə və əlavə maddi xərclər çəkməyə ehtiyac yoxdur.

 

Avadanlıq

Tam spektr avadanlıq və proqram təminatı (bütün növ köşklər, POS terminalları) sizə rahat olan istənilən üsulla ödəniş qəbulunu təmin etməyə imkan yaradır. Lisenziyalaşdırılmış proqram təminatı sizin biznesiniz üçün riski minimuma endirir.

 

Provayderlər

40-dan çox provayder və daima yenilərinin qoşulması sizin əlinizə fürsət verəcək ki, istifadəçilərə ən müasir və geniş ödəniş xidmətləri spektrini təqdim edəsiniz. 

«MilliÖN» ödəniş sistemi — kommunal və rabitə xidmətlərinin ödənişindən tutmuş onlayn oyunlara və aviabiletlərin alınmasına qədər istənilən xidmət növünün universal, əlçatan təhlükəsiz və ani ödəniş vasitəsidir.