Bizimlə necə işləmək olar?

Bizim xidmətlərimizin spektri daima genişlənir!

Şirkətin fəaliyyətinin əsas strateji istiqamətləri aşağıdakılardan ibarətdir: diler şəbəkəsinin inkişafı sayəsində Azərbaycan ödəniş sistemləri bazarında qabaqcıl mövqeni möhkəmləndirmək və özünəxidmət ödəniş terminallarının, PC kassirlərinin, POS MilliÖN terminallarının sayını artırmaq, o cümlədən operatorların və xidmətlərin sayını artırmaq.

Bizimlə işləyin


Dilerlərə

Diler işə başlamazdan əvvəl fərdi sahibkar və ya hüquqi şəxs statusuna (MMC, ASC, QSC) malik olmalıdır.

Ərizəyə baxılandan sonra bizim əsas distribyuterimiz Sizinlə diler müqaviləsi imzalayacaq.

Telefon: *0010

 

Provayderlərə

Əgər sizin şirkətiniz əhaliyə xidmət növləri təklif edirsə və Siz öz abunəçilərinizi rahat və əlverişli ödəniş xidməti ilə təmin etmək istəyirsinizsə, sizi öz ödəniş sistemimizə qoşulmağa dəvət edirik. Bizimlə müqavilə imzalayandan sonra siz öz abunəçilərinizə operativ, etibarlı və təhlükəsiz ödəniş xidməti təklif edə biləcəksiniz. Bu xidmət sizin təmin etdiyiniz xidmətlərin ödənişinin əlverişliliyini artırmağa, sizin xərclərinizi optimallaşdırmağa və gəlirinizi artırmağa yol verir.

 

Elektron ödəniş sistemləri bazarında lider

Ölkə daxilində 3500-dən artıq ödəniş qəbulu məntəqəsi. Servisin yüksək əlverişliliyi sayəsində sizin müştərilərinizə xidmətlərinizi ödəmək rahat olacaq, müştərilərdən pul almaq vaxtı azalacaq. Ödənişin rahatlığı müştəri bazasını genişləndirməyə imkan yaradan rəqabət üstünlüyüdür.

 

Etibarlı sistem

Mikroödənişlərin emalı üzrə güclü proses ən gərgin yüklənmə vaxtı sabit işin dəstəklənməsinə yol verir.

 

Əməkdaşlıq

Fərdi yanaşma, sistemə pulsuz və tez qoşulma, qoşulma vaxtı xərclərin minimuma endirilməsi və ödənişlərin həyata keçirilməsindən maksimum tez bir zamanda gəlir almaq.

 

Maliyyə məsələləri

Sərfəli və təmiz əməkdaşlıq şərtləri uzunmüddətli partnyor münasibətləri qurmağa imkan verir. Yüksək satış dərəcəsi müştərilərin ödənişlərinin vaxtlı-vaxtında qəbulunu təmin edir. Müştəri ilə mübadilə prosesinin optimallaşdırılması biznesin aparılmasına gedən xərclərin azaldılmasına imkan verir.

 

Reklamçılara

Terminallarda reklam imkan yaradır ki, siz geniş auditoriyaya öz mallarınız və xidmətləriniz barədə məlumat verəsiniz.

Terminalın yuxarı monitoru malların və xidmətlərin reklamı üçün yaradılmış ən ideal reklam meydançasıdır (həm B2B, həm də B2C).

Sizin reklamınızı bir ay ərzində bir milyondan çox adam görəcək. Çünki məhz bu sayda insan bir ay ərzində öz ödənişlərini terminal vasitəsilə edir.

 

 

Məhsul və proqram təminatı

 

Biz öz dilerlərimizə tam spektrdə avadanlıq və proqram təminatı təklif edirik. Onun sayəsində dilerlər ödəniş qəbulu ilə bağlı xidmətlərini göstərə bilərlər. Bunlar ödəniş terminalları, POS terminalları və ödəniş qəbulu üçün istifadə edilən digər proqram məhsullarıdır.

MilliÖN ödəniş sisteminin köməyi ilə siz tez və əlavə xərcsiz 40-dan  artıq təşkilatın ünvanına fiziki və hüquqi şəxslərdən ödəniş qəbulu üzrə biznes qura bilərsiniz. Bu təşkilatların arasında mobil əlaqə və şəhər telefonları operatorları, kabelli televiziya operatorları və internet provayderlər, mənzil kommunal təsərrüfatı xidmətləri (su, işıq, qaz) və digər xidmət təchizatçıları vardır.

Biz biznes üçün tam şərtlər təklif edirik. Bunlara ödəniş terminalı, proqram təminatı və bütün zəruri xidmətlər daxildir.

Biz sizin üçün öz əsas distribyüterlərimizdən biri ilə əlaqə yaradacağıq və o, sizinlə diler müqaviləsi bağlayacaq.

 

 

Texnologiya və avadanlıqlar. MilliÖN özünəxidmət ödəniş terminalları

 

Terminalın işləməsi üçün əlavə personal tutmağa ehtiyac yoxdur. MilliÖN köşklərinin həm qapalı yerdə, həm də açıq yerdə quraşdırılması (yerləşdirilməsi) mümkündür. Onları həm də metro stansiyalarında, vağzallarda, supermarketlərdə, ticarət və biznes mərkəzlərində və sairə kimi yerlərdə yerləşdirmək olar. Proqram təminatı isə müştərilərə lazımi xidməti tez bir zamanda ödəmək imkanı verir.

 

MilliÖN POS terminalları

POS terminallar üçün olan proqram təminatı özünəxidmət ödəniş terminallarını quraşdırmaq mümkün olmayan və ya buna zərurət olmayan yerlərdə ödəniş qəbulunu təşkil etmək imkanı yaradır.

 

PC kassirlər üçün AgentPay sistemi

AgentPay sistemi kompüter vasitəsilə 40-dan artıq xidmət təchizatçısının ünvanına ödəniş qəbulu imkanı yaradır. Bu ünvanlar arasına mobil əlaqə, internet, kabelli televiziya, mənzil kommunal təsərrüfatı xidmətləri daxildir.

«MilliÖN» ödəniş sistemi — kommunal və rabitə xidmətlərinin ödənişindən tutmuş onlayn oyunlara və aviabiletlərin alınmasına qədər istənilən xidmət növünün universal, əlçatan təhlükəsiz və ani ödəniş vasitəsidir.