Şirkət haqqında

2008-ci ildə təsis edilmiş Komtec Ltd şirkəti (MilliÖN ticarət nişanı) Azərbaycanda elektron ödəniş sistemləri bazarında liderdir. Şirkət öz abunəçilərinə rahat və etibarlı yolla ən qısa vaxt ərzində aşağıdakı xidmətlərin ödənişini təklif edir:

- Mobil operatorlar

- İnternet provayderlər

- Kabel televiziyası

- Şəhər telefonları

- Mənzil kommunal təsərrüfatı xidmətləri (su, işıq, qaz, o cümlədən qaz smart kartının balansının doldurulması)

- Bank Xidmətləri

- Sığorta Xidmətləri

- Mərc Oyunları

- Əyləncə

- Ağıllı Alış-Veriş

- Agent Şəbəkəsi Agent


Artıq indidən ölkənin bir neçə əsas banklarından alınmış istehlak kreditlərini ödəmək mümkündür. Bizim sistemimizdə isə Kredit müəssisələrinin siyahısı get-gedə artır. Hal-hazırda terminallarda bank kartları vasitəsilə ödəniş qəbulu sistemi işlənib hazırlanmaqdadır. Ən yaxın zamanda Yol patrul xidməti cərimələrini, həmçinin bütün dövlət təşkilatlarına ödəmələri terminal vasitəsilə həyata keçirmək mümkün olacaq.

 

İstehlakçıların tələblərinə cavab verən xidmətlər təqdim etmək məqsədilə 2012-ci ildə “Komtec Ltd” MMC ISO 9001:2008 standartına uyğun Keyfiyyət İdarəetmə Sistemini yaradıb, inkişaf etdirir.

«MilliÖN» ödəniş sistemi — kommunal və rabitə xidmətlərinin ödənişindən tutmuş onlayn oyunlara və aviabiletlərin alınmasına qədər istənilən xidmət növünün universal, əlçatan təhlükəsiz və ani ödəniş vasitəsidir.